Gürcüstanda rəyi soruşulanların 66 %-i ölkənin Azərbaycanla hazırkı münasibətlərini yaxşı qiymətləndirib.
“Report”un yerli bürosu xəbər verir ki, bu, ABŞ-ın Beynəlxalq Respublika İnstitutunun (IRI) Gürcüstanda keçirdiyi ictimai rəy sorğsu nəticəsində məlum olub.
Sorğu iştirakçılarının 20 %-i bu münasibətləri nə yaxşı, nə pis, 10 %-i pis dəyərləndirib, 5 %-i isə sualı cavablandırmayıb.
Respondentlərin 17 %-i Azərbaycanı Gürcüstanın ən mühüm siyasi, 21 %-i isə ən mühüm iqtisadi tərəfdaşı adlandırıb.
Sorğu bu ilin 2-26 fevral tarixində 1 500 respondent arasında işğal altındakı torpaqlar istisna olmaqla Gürcüstanın bütün ərazisində keçirilib.