Gürcüstan XİN: Azərbaycanla əlaqələri möhkəmləndirməyi davam etdirməyə hazırıq

Gürcüstan XİN: Azərbaycanla əlaqələri möhkəmləndirməyi davam etdirməyə hazırıq Gürcüstan Azərbaycanla əlaqələri bundan sonra da möhkəmləndirməyə və ölkələr arasında əməkdaşlığın daha da inkişafı üçün bütün imkanları öyrənməyə hazırdır.
Xarici siyasət
27 İyun , 2024 15:08
Gürcüstan XİN: Azərbaycanla əlaqələri möhkəmləndirməyi davam etdirməyə hazırıq

Gürcüstan Azərbaycanla əlaqələri bundan sonra da möhkəmləndirməyə və ölkələr arasında əməkdaşlığın daha da inkişafı üçün bütün imkanları öyrənməyə hazırdır.

“Report” xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq xüsusi xarakter daşıyır. Biz əlaqələri bundan sonra da möhkəmləndirməyi davam etdirməyə, əməkdaşlığın gələcək inkişafı üçün bütün imkanları öyrənməyə hazırıq”, - paylaşımda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi