Gürcüstanda 18 Oktyabr - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası Gününün 30 illiyinə həsr olunan marafon keçiriləcək.
“Report”un yerli bürosu xəbər verir ki, yarış Azərbaycanın Gürcüstandakı səfirliyi Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı nümayəndəliyi, Azərbaycanlı İş Adamları Assosiasiyası (AZEBI), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Xırdalan Musiqi Məktəbi, Bakı Marafon Klubu, Gürcüstan Azərbaycanlı İdmançılar Birliyi (GAİB) və Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə birgə təşkil olunacaq.
Marafon Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan Tbilisi şəhərindəki parkdan (ünvan: V.Qorqasali №4) Rustavi şəhərindəki parkadək (ünvan: M.Kostava №12) davam edəcək. Marafona 17 oktyabr 2021-ci il tarixində, saat 10:00-da start veriləcək.
18 yaşdan yuxarı şəxslərin iştirak edəcəyi qaçışda 30 km məsafəni uğurla qət edərək ilk üç yeri tutan şəxslər səfirlik tərəfindən diplom və müxtəlif hədiyyələrlə, həmçinin finişə çatan digər müsabiqə iştirakçıları da sertifikatlarla təltif olunacaqlar.
Marafonda iştirak etmək istəyən şəxslərdən 2021-ci ilin 16 oktyabr tarixinədək səfirliyin