Gürcüstanda həbsxanalarda saxlanılan Azərbaycan vətəndaşlarının hazırkı sayı 98 nəfər təşkil edir.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin mart ayı üzrə hesabatında bildirilib.
Sənədə əsasən, aylıq müqayisədə vətəndaşların sayı 5 nəfər azalıb. Onların 14-ü ittiham olunan, 1-i yeniyetmə olmaqla 83-ü isə məhkumdur.
Gürcüstanda probasiya nəzarətində isə 39 nəfər Azərbaycan vətəndaşı saxlanılır ki, onların sayı aylıq müqayisədə 2 nəfər artıb.
Qonşu ölkədə həbs cəzası çəkən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ümumi sayı 592, probasiya nəzarətində saxlanılan xarici ölkə vətəndaşlarının ümumi sayı isə 299 nəfərdir.