Gürcüstanda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş fotosərgi açılıb

Gürcüstanda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş fotosərgi açılıb Gürcüstan paytaxtı Tbilisidə fenomen şəxsiyyət, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş fotosərgi açılıb.
Xarici siyasət
8 Dekabr , 2023 21:31
Gürcüstanda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş fotosərgi açılıb

Gürcüstan paytaxtı Tbilisidə fenomen şəxsiyyət, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş fotosərgi açılıb.

"Report"un yerli bürosu xəbər verir ki, AZƏRTAC-ın təşəbbüsü və Azərbaycanın Gürcüstandakı Səfirliyinin təşkilati dəstəyi ilə keçirilən sərginin açılışında Gürcüstanın dövlət və hökumət üzvləri, parlamentin deputatları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Fotosərgidə unudulmaz tarixi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini, dünya siyasi liderləri, eləcə də Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze ilə görüşlərini əks etdirən nadir fotoları nümayiş edirilib.

Səfir Faiq Quliyev qonaqlara Ulu Öndərin fəaliyyəti, eləcə də Gürcüstanla bağlı siyasəti, dahi şəxsiyyətin gürcü xalqının nümayəndələri ilə dostluğu barədə ətraflı məlumat verib.

Bildirilib ki, sərgi gənc nəsilə Heydər Əliyev şəxsiyyəti, dühası barədə məlumatların çatdırılmasında mühüm rol oynayır.

Sərgi böyük maraqla qarşılanıb.

Son xəbərlər

Orphus sistemi