Gürcüstandan Azərbaycana daha 350 nəfərin təxliyə prosesi yekunlaşıb.
“Report”un yerli bürosu xəbər verir ki, həmin şəxslər avtobuslarla “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılıb.
Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşlarının nəzarəti ilə təxliyə olunanların növbəli şəkildə Azərbaycan ərazisinə daxil olmaları təmin edilib.
Gürcüstandan daha 350 nəfərin Azərbaycana təxliyəsi həyata keçirilir.
“Report”un yerli bürosu xəbər verir ki, onların ötən gün koronavirusla bağlı verdikləri testlərin nəticəsi neqativ çıxıb.
Həmin şəxslərin 97-si Azərbaycan, 245-i Gürcüstan, 4-ü Rusiya, 2-si Qazaxıstan, 1-i Türkiyə və 1-i Ukrayna vətəndaşıdır.
Təxliyə olunanlar hazırda Azərbaycanın Gürcüstandakı səfirliyinin binası qarşısında toplaşır. COVID-19 arayışı təqdim olunandan sonra onlar avtobuslarla Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.
Qeyd edək ki, pandemiya dövründə Gürcüstandan Azərbaycana 2 mindən çox şəxs təxliyə olunub.