Azərbaycan Prezidenti Gürcüstanın Baş nazirini təbrik etdi

Azərbaycan Prezidenti Gürcüstanın Baş nazirini təbrik etdi Gürcüstanın Baş naziri vəzifəsinə yenidən təyin olunmağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Xarici siyasət
27 Dekabr , 2020 10:16
Azərbaycan Prezidenti Gürcüstanın Baş nazirini təbrik etdi
Giorgi Qaxariya və İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Giorgi Qaxariyanı Gürcüstanın Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

"Report" xəbər verir ki, təbrikdə deyilir:

Gürcüstanın Baş naziri vəzifəsinə yenidən təyin olunmağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan-Gürcüstan münasibətləri tarixən möhkəm dostluq və mehriban qonşuluq telləri ilə bir-birinə bağlı olan xalqlarımızın iradəsinə uyğun olaraq dinamik və hərtərəfli inkişaf etməkdədir.

İnanıram ki, siyasi, iqtisadi və humanitar sahələrdə daim genişlənən əlaqələrimiz, qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da xalqlarımızın rifahına, ölkələrimiz arasındakı strateji tərəfdaşlığın möhkəmlənməsinə töhfələr verəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm.

Son xəbərlər

Orphus sistemi