Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycanın Baş naziri Əli Əsədova ölkəmizin müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə təbrik məktubu ünvanlayıb.
Bu barədə "Report"a Nazirlər Kabinetindən məlumat verilib.
Məktubda İ.Qaribaşvili Gürcüstanın iki ölkə arasında əsrlər boyu formalaşmış dostluq əlaqələrinə və strateji tərəfdaşlığa böyük əhəmiyyət verdiyini bildirib.
Vurğulanıb ki, Gürcüstan hər iki ölkənin və regionun rifahı naminə Azərbaycan ilə mövcud yüksək səviyyəli strateji tərəfdaşlığı və dostluq münasibətlərini daha da dərinləşdirməyə və inkişaf etdirməyə hazırdır.