Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərə gəlib.
"Report" xəbər verir ki, məqsəd İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının Şuşa şəhərində təşkil olunan 27-ci iclasında iştirak etməkdir.
H.Fidan hazırda Şuşadadır.
Qeyd edək ki, iclasda 2023-cü ildə İƏT kontekstində əməkdaşlıq çərçivəsində görülən işlər və onun nəticələri qiymətləndiriləcək, təşkilatın gündəliyində duran cari məsələlər müzakirə olunacaq.
Xatırladaq ki, İƏT Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistanın daxil olduğu regional dövlətlərarası iqtisadi strukturdur. Azərbaycan 1992-ci ildən təşkilatın üzvüdür.