“Artıq sabit bir ölkə olan Moldova Azərbaycanla iqtisadi əməkdaşlığı genişləndirməkdə, azərbaycanlı sərmayədarları cəlb etməkdə maraqlıdır”.
“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Moldova parlamenti sədrinin müavini, hakim partiyanın sədri Mixail Popsoi Moldova Azərbaycanlıları Konqresinin (MAK) Kişineuda keçirilən illik hesabat tədbirində çıxışı zamanı bildirib.
O, Moldova Azərbaycanlıları Konqresinin fəaliyyətini yüksək qiymətləndirib: “Moldovada fəal Azərbaycan icmasını görməkdən məmnunuq”.
Vitse-spiker həm 2020-ci ildə keçirilən prezident seçkilərində, həm də bu il keçirilən parlament seçkilərində verdiyi dəstəyə görə MAK-a təşəkkürünü bildirib.
M.Popsoi deyib ki, Moldovada belə istedadlı azərbaycanlı gənclərin rolu ölkənin sosial, siyasi və mədəni həyatında vacib şərtlərdəndir.
Vitse-spiker Azərbaycanın Moldovadakı səfirinin fəaliyyətini də təqdir edib.