“Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi ilə Türkiyəyə çatdırılan yardım ilkin mərhələdə edilmiş yardımdır”.
“Report”un Türkiyə bürosunun məlumatına görə, bu fikirləri Türkiyəyə ezam edilən Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov bildirib.
O deyib ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) Mehriban xanım Əliyevanın göstərişinə əsaslanaraq Türkiyənin Azərbaycandakı səfirliyinin vətəndaşlarımıza etdiyi çağırışa cavab olaraq Bakı şəhərində yardım kampaniyasına start verilib: “Belə ki, Türkiyənin zəlzələ baş vermiş regionları üçün ehtiyac duyulan ləvazimatlar toplanacaq və bu ləvazimatlar ən qısa müddətdə komplektləşdirilərək Türkiyəyə yola salınacaq”.