“Heydər Əliyev İli” çərçivəsində “Azərbaycan-Amerika Mədəniyyət körpüsü: Cefri Verbok” adlı tədbir keçirilib 

“Heydər Əliyev İli” çərçivəsində “Azərbaycan-Amerika Mədəniyyət körpüsü: Cefri Verbok” adlı tədbir keçirilib  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Azərbaycan-Amerika Mədəniyyət körpüsü: Cefri Verbok” adlı tədbir keçirilib.
Xarici siyasət
25 Oktyabr , 2023 20:20
“Heydər Əliyev İli” çərçivəsində “Azərbaycan-Amerika Mədəniyyət körpüsü: Cefri Verbok” adlı tədbir keçirilib 

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Azərbaycan-Amerika Mədəniyyət körpüsü: Cefri Verbok” adlı tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutub.

Tədbirdə ADA Universitetinin, Azərbaycan diasporunun nümayəndələri, yerli ictimaiyyətin tanınmış şəxsləri və media nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra Cefri Verbokun Heydər Əliyevlə görüşü barədə videoçarx nümayiş olunub, həmin görüşdə qeyd olunan məsələlərin bu gün həqiqətə çevrildiyi, ərazi bütövlüyümüzün təmin olunduğu və Azərbaycanın dostlarının da bizimlə bərabər qələbə sevinci yaşadığı diqqətə çatdırılıb. Cefri Verbokun Azərbaycanla əlaqələrinin tarixi, uzun illər davam edən sarsılmaz dostluq münasibətləri və ölkəmizi, xüsusilə mədəniyyətimizi, musiqimizi dünyada uğurla təbliğ etməsi barədə danışılıb, amerikalı musiqiçiyə həsr olunmuş “Gənc səslər, qədim nəğmə” etnoqrafik sənədli filmindən fraqmentlər nümayiş etdirilib.

Qivami Rəhimli moderatorluq etdiyi tədbirin bədii hissəsində Cefri Verbokun, Anar İmanovun və Əsgər Əsgərzadənin ifasında konsert proqramı təqdim edilib.

Son xəbərlər

Orphus sistemi