Hikmət Hacıyev: "Ermənistan dezinformasiya və manipulyasiya oyunlarına son qoymalıdır"

Hikmət Hacıyev: "Ermənistan dezinformasiya və manipulyasiya oyunlarına son qoymalıdır" “Ermənistanın siyasi rəhbərliyi sözlə oynamaq əvəzinə Azərbaycanın Laçın yolu ətrafında beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş dezinformasiyaya, manipulyasiya oyunlarına və təbliğat kampaniyasına son qoymalıdır”.
Xarici siyasət
27 İyul , 2023 17:47
 Hikmət Hacıyev: Ermənistan dezinformasiya və manipulyasiya oyunlarına son qoymalıdır
Hikmət Hacıyev

“Ermənistanın siyasi rəhbərliyi sözlə oynamaq əvəzinə Azərbaycanın Laçın yolu ətrafında beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş dezinformasiyaya, manipulyasiya oyunlarına və təbliğat kampaniyasına son qoymalıdır”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviterdə yazıb.

O bildirib ki, Ağdam-Xankəndi yolu hər növ daşınma üçün açıqdır.

Qeyd edək ki, Ermənistan parlamentinin sədri Alen Sminyon daha əvvəl Azərbaycanın beynəlxalq ictimaiyyəti aldatdığını iddia etmişdi.

Son xəbərlər

Orphus sistemi