MN-nın idarə rəisi: "Edillidə aşkarlanan əşyalar qalıqların Azərbaycan hərbçilərinə aid olduğunu təsdiqləyir”

MN-nın idarə rəisi: "Edillidə aşkarlanan əşyalar qalıqların Azərbaycan hərbçilərinə aid olduğunu təsdiqləyir” “Bu gün biz Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan vətəndaşlarını qətlə yetirmiş erməni işğalçılarının növbəti cinayətinin şahidi oluruq”.
Xarici siyasət
6 Oktyabr , 2022 12:22
MN-nın idarə rəisi: Edillidə aşkarlanan əşyalar qalıqların Azərbaycan hərbçilərinə aid olduğunu təsdiqləyir”

“Bu gün biz Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan vətəndaşlarını qətlə yetirmiş erməni işğalçılarının növbəti cinayətinin şahidi oluruq”.

“Report”un Xocavəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun hərbi attaşelərinin Xocavənd rayonu Edilli kəndində aşkarlanan daha bir kütləvi məzarlığa səfəri zamanı deyib.

"Dünyada kütləvi məzarlıqlar müharibə və münaqişələri, təqib olunan əhalinin faciəsini xatırladır ", - o bildirib. 

H.Mahmudov əlavə edib ki, aşkar edilmiş məzarlıqda bu cinayəti törədənlərin məsuliyyətə cəlb olunmasına kömək edəcək vacib sübutlar var.

General-mayor bunun aşkar edilən üçüncü deyil, əslində, dördüncü kütləvi məzarlıq olduğunu və ümumilikdə 25 nəfərin qalıqlarının tapıldığını əlavə edib.

"Burada aşkar edilən əşyalar həmin şəxslərin Azərbaycan ordusunun hərbçiləri olduğunu təsdiq edir. Biz xalqımızın başına gələnləri, erməni işğalçılarının hansı cinayətləri törətdiyini göstərmək üçün buradayıq. Bunlar sadəcə, kütləvi məzarlıqlar deyil, hər bir məzarın arxasında ayrı-ayrı insanların həyat hekayəsi var”, - H.Mahmudov söyləyib. 

Qeyd edək ki, oktyabrın 6-da Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun hərbi attaşeləri Xocavənd rayonunun Edilli kəndində aşkarlanmış növbəti kütləvi məzarlığa baş çəkiblər. Onlara müvafiq dövlət qurumlarının əməkdaşları kənd ərazisində aparılmış qazıntı işləri, tapılmış qalıqlar və bundan sonra görüləcək işlərlə bağlı ətraflı məlumat veriblər.

Son xəbərlər

Orphus sistemi