İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransının iştirakçıları Şuşa şəhərində səfərdədir.
"Report"un xəbərinə görə, onlar şəhərdə aparılan bərpa-quruculuq işləri ilə tanış olacaqlar.
Daha sonra isə Şəhər meydanı, Şuşa qala divarları, Xurşidbanu Natəvanın malikanəsi, Molla Pənah Vaqifin məqbərəsi və Cıdır düzünə baş çəkəcəklər.
İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransının iştirakçıları Şuşaya səfərə yola düşüblər.
"Report"un xəbərinə görə, onlar şəhərdə aparılan bərpa-quruculuq işləri ilə tanış olacaqlar.
Qeyd edək ki, İƏT PA-nın Baş katibi, Türkiyə, Pakistan, İran, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın parlament rəhbərlərinin başçılıq etdiyi nümayəndə heyətləri Azərbaycanda səfərdədilər.