"Biz Azərbaycan ilə Birləşmiş Krallıq arasında təşəkkül tapmış dostluq münasibətlərinə və çoxşaxəli əməkdaşlığa böyük əhəmiyyət veririk".
"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Rişi Sunaka ünvanladığı məktubda yer alıb.
"Xoş ənənələrə əsaslanan əlaqələrimizin hər keçən il daha da inkişaf etməsi və dərinləşməsi məmnunluq doğurur. Hazırda ikitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi çox genişdir", - məktubda qeyd olunub.