İlham Əliyev: Misli görünməmiş insanlıq əleyhinə və müharibə cinayətlərinə məruz qalmasına baxmayaraq Əlcəzair xalqı əzmini itirməyib

İlham Əliyev: Misli görünməmiş insanlıq əleyhinə və müharibə cinayətlərinə məruz qalmasına baxmayaraq Əlcəzair xalqı əzmini itirməyib 1954-cü ilin 1 noyabr günü qardaş Əlcəzair xalqının tarixinə qəhrəmanlıq səhifəsi kimi əbədi olaraq həkk olunmuş, müstəqillik, azadlıq uğrunda mübarizənin və yenilməz iradənin rəmzinə çevrilib.
Xarici siyasət
1 Noyabr , 2024 11:17
İlham Əliyev: Misli görünməmiş insanlıq əleyhinə və müharibə cinayətlərinə məruz qalmasına baxmayaraq Əlcəzair xalqı əzmini itirməyib
İlham Əliyev

1954-cü ilin 1 noyabr günü qardaş Əlcəzair xalqının tarixinə qəhrəmanlıq səhifəsi kimi əbədi olaraq həkk olunmuş, müstəqillik, azadlıq uğrunda mübarizənin və yenilməz iradənin rəmzinə çevrilib.

“Report”un məlumatına görə, bu barədə Prezident İlham Əliyevin əlzəcairli həmkarı Abdelmacid Tebbuna ölkənin milli bayramı münasibətilə ünvanladığı təbrik məktubunda deyilir:

“Bir əsrdən artıq davam edən amansız müstəmləkəçilik siyasətinə, misli görünməmiş zorakılığa, insanlıq əleyhinə və müharibə cinayətlərinə məruz qalmasına baxmayaraq xalqınız heç bir zaman müstəqillik əzmini itirməmiş, böyük fədakarlığı, cəsarəti ilə, Vətən uğrunda canlarını fəda edən milyonlarla şəhidinin canı və qanı bahasına azadlığını əldə edib".

Son xəbərlər

Orphus sistemi