İlham Əliyev Xorvatiyanın sabiq Prezidentini qəbul edib

İlham Əliyev Xorvatiyanın sabiq Prezidentini qəbul edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviçi qəbul edib.
Xarici siyasət
11 Mart , 2023 12:49
İlham Əliyev Xorvatiyanın sabiq Prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviçi qəbul edib.

"Report" xəbər verir ki, görüşdə X Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunulub, bu tədbirdə iştirak edən nüfuzlu qonaqların sayının ilbəil artdığı vurğulanıb.

Dünya gündəmində duran aktual məsələlərin müzakirəsi baxımından bu beynəlxalq platformanın çox mühüm rol oynadığı bildirilib.

Söhbət zamanı dövlətimizin başçısı ilə Xorvatiyanın sabiq Prezidentinin görüşləri xatırlanıb, Azərbaycan-Xorvatiya ikitərəfli münasibətlərinin uğurlu inkişafı qeyd edilib.

Son xəbərlər

Orphus sistemi