İndoneziyanın Azərbaycandakı səfirliyi Dövlət Sərhəd Xidmətinin (DSX) helikopterinin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı Azərbaycana başsağlığı verib.
“Report” xəbər verir ki, bu barədə səfirliyin tviter səhifəsində paylaşım edilib.
“İndoneziya Respublikasının Bakıdakı səfirliyi Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində ekipaj üzvlərinin həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığı verir”, - paylaşımda deyilir.
Xatırladaq ki, dünən Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən Qaraheybət poliqonunda qəzaya uğrayıb. Hadisə nəticəsində 2 nəfər yaralanıb, 14 nəfər isə həlak olub.