İordaniyanın Kralı II Abdullah Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
"Report" xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Zati-alinizə ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzu edirəm".