“Azərbaycan Prezidenti İlham Əliyevlə əla görüşüm baş tutdu”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili tviter hesabında yazıb.
O bildirib ki, görüşdə Gürcüstan-Azərbaycan münasibətləri və regional transformasiya məsələləri müzakirə olunub: “İkitərəfli əhəmiyyət kəsb edən, strateji tərəfdaşlıq məsələlərinə toxunulub, əməkdaşlığımızın gələcək inkişafı üçün yeni imkanlar nəzərdən keçirilib”.