İran səfirliyi “Report”un sorğusundan sonra səhvini aradan qaldırıb

İran səfirliyi “Report”un sorğusundan sonra səhvini aradan qaldırıb İranın Azərbaycandakı səfirliyi “Report” İnformasiya Agentliyinin sorğusundan sonra sosial şəbəkədəki adını dəyişib
Xarici siyasət
12 Yanvar , 2022 13:18
İran səfirliyi “Report”un sorğusundan sonra səhvini aradan qaldırıb

İranın Azərbaycandakı səfirliyi “Report” İnformasiya Agentliyinin sorğusundan sonra sosial şəbəkədəki adını dəyişib.

“Report”un xəbərinə görə, hazırda səfirliyin tviterdəki səhifəsi “Iran Embassy in Azerbaijan” adlanır.

Daha öncə o, “Iran Embassy in Baku” adlanırdı ki, bu da sosial şəbəkə istifadəçiləri arasında aktiv müzakirələrə səbəb olmuşdu.

Bir sıra istifadəçilər səfirliyin tviter səhifəsinin əvvəlki adının düzgün olmadığını hesab edərək narazılıqlarını bildiriblər.

Müqayisə üçün onlar İranın digər ölkələrdəki səfirliklərinin adlarını misal çəkirdilər. Onlar rəsmi səhifə adlarının vahid prinsip üzərində getməli olmasını qeyd ediblər.

Son xəbərlər

Orphus sistemi