İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.
“Report” xəbər verir ki, bunu iranlı jurnalist Abas Aslani bildirib.
“İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif 5 ölkəyə - Azərbaycan, Rusiya, Ermənistan, Gürcüstan və Türkiyəyə səfər edərək tranzit məsələlərini müzakirə etmək üçün bu gün Naxçıvan Muxtar Respublikasına gəlib”, - o qeyd edib.