İslandiya Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib.
“Report” xəbər verir ki, bu barədə bu ölkənin Xarici İşlər Nazirliyi tviter səhifəsində məlumat yayıb.
Bildirilib ki, İslandiya Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyir: "Diplomatik nümayəndəliklərə və onların əməkdaşlarına hücumlar qəbuledilməzdir. Ölənin ailəsinə başsağlığı verir və həlak olanların tezliklə sağalmasını diləyirik”.
Xatırladaq ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı hücumun qarşısını alarkən yaralanıblar.
Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.