İsmayıl Axundov: "BMT qətnamələrinin icra edilməməsi itkin düşənlərin taleyinin müəyyənləşdirilməməsinə əsas verib"

İsmayıl Axundov: "BMT qətnamələrinin icra edilməməsi itkin düşənlərin taleyinin müəyyənləşdirilməməsinə əsas verib" “BMT-nin məlum qətnamələrinin tələblərinin yerinə yetirilməməsi itkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməməsində əsas rol oynayıb”.
Xarici siyasət
18 Sentyabr , 2023 16:13
İsmayıl Axundov: BMT qətnamələrinin icra edilməməsi itkin düşənlərin taleyinin müəyyənləşdirilməməsinə əsas verib

“Ermənistan tərəfindən BMT-nin məlum qətnamələrinin tələblərinin yerinə yetirilməməsi itkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməməsində əsas rol oynayıb”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsində 62 ailənin hər birinin 2 və ya 7 üzvü itkin düşüb və bu günə qədər də onların taleyi barədə hələ də məlumat yoxdur: “Bu isə insanlıq adına utancdır. Vətən müharibəsində Azərbaycanın böyük qələbəsi itkin ailələrində ümidlər doğursa da, mina problemi axtarış işlərinin ləngiməsinə gətirib çıxarıb”.

Son xəbərlər

Orphus sistemi