“IX Qlobal Bakı Forumunda onlayn forum iştirakçıları ilə yanaşı, 285 nəfər də əyani formada iştirak edəcək”.
“Report” xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin tədbirin başlanmasına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, həmin qonaqlar forumda hibrid formada deyil, əyani formada iştirak edəcək və müxtəlif aktual məsələləri müzakirə edəcəklər.
İ.Serageldin gələn il forumun öz ənənəvi vaxtında - mart ayında keçiriləcəyinə ümidvar olduğunu bildirib.
Xatırladaq ki, 2020-ci ildə forum pandemiya səbəbindən ləğv edilib, 2021-ci ildə isə noyabr ayında keçirilib.