İsrailin Azərbaycandakı səfiri Corc Dik Kəlbəcər rayonunda mina partlayışı nəticəsində iki jurnalistin şəhid olması ilə bağlı başsağlığı verib.
“Report” xəbər verir ki, diplomat bu barədə tvitterdə yazıb.
“Azərbaycanın Kəlbəcər rayonunda iki jurnalistin mina partlaması nəticəsində şəhid olması xəbəri bizi çox kədərləndirdi”, - səfir qeyd edib.
C.Dik hadisə qurbanlarının ailələrinə başsağlığı verib və həlak olanlara Allahdan rəhmət diləyib.