İsrail səfirliyi Azərbaycan xalqını Torpaq çərşənbəsi münasibətilə təbrik edib.
"Report" xəbər verir ki, bu barədə səfirliyin tviter səhifəsində paylaşım edilib.
Bildirilir ki, bu gün Novruzun son rəmzi olan torpağın oyanışını simvolizə edir.
"Eviniz bərəkətli, süfrəniz bol ruzili olsun. İlaxır Çərşənbəniz Mübarək!", - səfirliyin paylaşımında deyilir.