İsrailin Azərbaycandakı səfirliyi ərazisində təhlükəsizlik təlimi keçirilib.
“Report” xəbər verir ki, bununla bağlı səfirliyin tviter səhifəsində paylaşım edilib:
“Səfirlik və Azərbaycan təhlükəsizlik qüvvələri bu sahədəki əməkdaşlığı daha da gücləndirməyə yönələn birgə təlimlər keçirib. Azərbaycanın təhlükəsizlik qüvvələrinə daim fədakarlıq və əzmkarlıq göstərdiklərinə görə təşəkkür edirik”.
Qeyd edək ki, Vyana Konvensiyasına əsasən, hər bir dövlət diplomatik nümayəndəliklərin təhlükəsizliyini təmin etməyə borcludur.