İsveçrə Azərbaycanda layihələrin icrasına vəsait ayıracaq

İsveçrə Azərbaycanda layihələrin icrasına vəsait ayıracaq İsveçrə hökumətinin Cənubi Qafqaz regionunda 2022-2025-ci illər üçün əməkdaşlıq proqramında inklüziv iqtisadi inkişaf, iqtisadiyyatın idarəolunması, iqlim dəyişikliyi ön plandadır.
Xarici siyasət
13 Dekabr , 2021 13:12
İsveçrə Azərbaycanda layihələrin icrasına vəsait ayıracaq

İsveçrə hökumətinin Cənubi Qafqaz regionunda 2022-2025-ci illər üçün əməkdaşlıq proqramında inklüziv iqtisadi inkişaf, iqtisadiyyatın idarəolunması və iqlim dəyişikliyi ön plandadır.

“Report” xəbər verir ki, bunu İsveçrə Əməkdaşlıq Ofisinin (SECO) Cənubi Qafqaz üzrə Regional direktorunun müavini Alberto Hernandes mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, proqramın 80 milyon İsveçrə frankı həcmindəki büdcəsinin 50 milyon frankı regional layihələrə, 10 milyon frankı isə Azərbaycan iqtisadiyyatında ikitərəfli layihələrin icrasına yönəldiləcək.

“Report”un sualına cavab verən A.Hernandes deyib ki, yeni əməkdaşlıq proqramı Azərbaycanın orta perspektivdəki ehtiyaclarını nəzərə alaraq dövlət təsisatlarının gücləndirilməsini, iqtisadi inkişafın sürərləndirilməsini, yeni iş yerlərinin yaradılmasını, habelə iqlim dəyişikliyinin fəsadlarına qarşı tədbirləri və ehtiyatların dayanıqlı idarəçiliyini nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi