İtaliya parlamentinin nümayəndələri Gəncə şəhərinə səfər ediblər.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, onlar Gəncənin Ermənistan Silahlı Qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan əraziyə baş çəkiblər.
Qonaqlar erməni terroru nəticəsində həlak olanların ruhuna hörmət əlaməti olaraq əraziyə güllər düzüblər.
Onlara düşmənin mülki əhaliyə qarşı törətdiyi cinayətlə bağlı ətraflı məlumat verilib.