Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Josep Borrell Kiyevdə səfərdədir.
“Report” xəbər verir ki, bu barədə Borrel özü “X” sosial şəbəkəsində məlumat verib.
O vurğulayıb ki, bu, onun Rusiya ilə Ukrayna arasında müharibə başlayandan bəri Ukrayna paytaxtına beşinci, Aİ-nin ali nümayəndəsi simasında isə sonuncu səfəridir.
“Ukraynanı dəstəkləmək mandatım dövründə şəxsi prioritetim olub və Aİ gündəminin əsas mövzusu olaraq qalacaq”, - o yazıb.