“ABŞ dövlət katibi Entoni Blinkenin gündəliyindəki əsas məsələlərdən biri Azərbaycanla Ermənistan arasındakı danışıqlar prosesidir”.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid deyib.
O bildirib ki, bu, özündə sərhədlərin demarkasiyası, ölkələr arasında nəqliyyat əlaqələrinin bərpası da daxil olmaqla bir çox mürəkkəb məsələlərin müzakirəsini ehtiva edir.
K.Donfrid bildirib ki, ABŞ Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu tərəfdarıdır: “Yalnız bu yolla qeyd etdiyim mütrəkkəb məsələlərin həllinə nail olmaq olar. Biz hesab edirik ki, Azərbaycan və Ermənistan sülh prosesinə sadiqdir. Biz anlayırıq ki, sülhə nail olmaq üçün qəbul edilməsi zəruri olan çətin qərarlar rəsmi İrəvan və Bakı tərəfindən verilməlidir. Bunu anlayaraq hər cür kömək etməyə hazırıq”.
Diplomat vurğulayıb ki, ABŞ vəziyyətin hər hansı bir formada gərginləşməsini görmək istəmir.