Katuya Vatanabe: Azərbaycanın iqtisadiyyatını yaşıllaşdırmaq səyləri onu yaponiyalı investorlar üçün cəlbedici edir

Katuya Vatanabe: Azərbaycanın iqtisadiyyatını yaşıllaşdırmaq səyləri onu yaponiyalı investorlar üçün cəlbedici edir Katsuya Vatanabe: Yaponiya şirkətlərinin Azərbaycanda əsas investisiyaları neft-qaz, energetika sahəsinə yönəlib
Xarici siyasət
18 Sentyabr , 2024 15:25
Katuya Vatanabe: Azərbaycanın iqtisadiyyatını yaşıllaşdırmaq səyləri onu yaponiyalı investorlar üçün cəlbedici edir
Katsuya Vatanabe

Azərbaycan hökumətinin "yaşıl inkişaf" ilə bağlı səyləri, əlverişli logistik konsepsiyaları Yaponiya şirkətləri üçün cəlbedicidir.

Bunu "Report"a müsahibəsində Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe deyib.

O qeyd edib ki, Yaponiya şirkətlərinin Azərbaycanda əsas investisiyaları neft-qaz, energetika sahəsinə yönəlib:

"Fikrimcə, İNPEX, "İtoçu" şirkətlərinin pay sahibi olduqları "Azəri-Çıraq-Günəşli" neft yatağı və "Bakı-Tbilisi-Ceyhan" boru kəməri layihələrində uzun illərboyu iştirak ölkələrimiz arasındakı xoş ikitərəfli iqtisadi münasibətlərin simvolu olub. Həmçinin Azərbaycan hökumətinin "yaşıl inkişaf" ilə bağlı səyləri, əlverişli logistik konsepsiyalar da yapon şirkətləri üçün cəlbedicidir. Bundan başqa, vizual media və s.-dən istifadə etməklə Azərbaycanın tanıdılmasına, turizm sahəsindəki əməkdaşlıq əlaqələrinin inkişaf etdiriləcəyinə də ümid bəslənir".

Diplomat vurğulayıb ki, 2023-cü il avqustun 4-də “Azərbaycan Respublikası ilə Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiya qəbul edilib:

"Hazırda sərmayə sazişinin tez bir zamanda imzalanması ilə bağlı hər iki ölkə arasında danışıqlar davam edir. Bu cür səylər ölkələrimiz arasında investisiya mühitini yaxşılaşdırır. Mən bunun sərmayə qoyuluşlarının artmasına gətirib çıxaracağına ümid edirəm".

Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi