“İlk növbədə, Bakının günü-gündən daha da gözəlləşdiyini qeyd etmək istəyirəm. 4 il əvvəl bura gəlmişdim və şəhərin necə dəyişdiyinin şahidi oldum”.
“Report” xəbər verir ki, bu barədə jurnalistlərə Bakıda səfərdə olan Tiflis meri Kaxa Kaladze bildirib.
“Bakının yaşıllaşması mənim üçün çox vacibdir. Aydındır ki, ölkə rəhbərliyi şəhərin təmiz saxlanmasına və yaşıllaşdırılmasına xüsusi diqqət ayırır”, - mer bildirib.