KİV: "Azərbaycan Cənubi Qafqazın şəksiz regional gücüdür"

KİV: "Azərbaycan Cənubi Qafqazın şəksiz regional gücüdür" "Azərbaycan Cənubi Qafqazın şəksiz regional gücüdür".
Xarici siyasət
5 Oktyabr , 2023 11:58
KİV: Azərbaycan Cənubi Qafqazın şəksiz regional gücüdür

"Azərbaycan Cənubi Qafqazın şəksiz regional gücüdür".

“Report” xəbər verir ki, bu fikir ABŞ-nin siyasi xəbər saytı olan “The Hill”in “Dağlıq Qarabağın ağır dərsləri” adlı məqaləsində yer alıb.

Bildirilib ki, Azərbaycan bu gün həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mühüm dostu və müttəfiqidir. Rusiya, Çin və ABŞ-nin beynəlxalq sistemi pozduğu bir dünyada Azərbaycan kimi qərarlı aktorlar və Türkiyə kimi regional güclər daha böyük üstünlüyə malikdir və onlar strateji uğurlar qazana bilər.

Məqalədə Azərbaycanın müharibədə həlledici qələbə qazanmasına xüsusi diqqət çəkilib: “Azərbaycan torpaqları 1988-1994-cü illərdə yaşanan münaqişə zamanı işğal olunub. Döyüşlər başa çatanda Azərbaycan ərazisinin 20 faizi artıq Ermənistan tərəfindən işğal edilmişdi. İndiki dönüş isə Azərbaycan üçün həlledici qələbə ola bilər, bunun əks-sədası artıq strateji Qafqaz regionundan çox uzaqlara gedib çıxır. 35 ildir davam edən müharibənin son raundunda Azərbaycan qalib gəldi və bu, ermənilərin Qarabağdakı qondarma “dövlət”lərini ləğv etməsi ilə nəticələndi. Çünki 10 milyon əhalisi olan Azərbaycanın bu gün tam təchiz olunmuş güclü ordusu var".

Müəllif qeyd edib ki, Azərbaycan öz ərazilərini işğaldan azad etməklə indi daha bir strateji məqsədə nail ola bilər. O, Zəngəzur dəhlizinin Naxçıvanı Azərbaycanın digər əraziləri ilə birləşdirəcəyini vurğulayıb:

“Bu, Türkiyəni Azərbaycanla və Xəzərin o tayında yerləşən Orta Asiyanın türk dövlətləri - Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanla daha da birləşdirəcək. Rəcəb Tayyib Ərdoğanın türk dünyasını konsolidasiya etmək istəyi reallığa daha yaxın görünür”.

Son xəbərlər

Orphus sistemi