Bütün Avropa, o cümlədən Serbiya enerji sahəsində Azərbaycana güvənir və onun geniş potensialını görür.
"Report" xəbər verir ki, bu barədə "Serbiyanın Radio və Televiziyası" (RTS) dövlət qurumunun süjetində deyilir.
Reportajda Serbiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulduğu, ölkələr arasında 40-dan çox sənədin imzalandığı vurğulanır.
"Yaşıl enerji artıq Macarıstan və Rumıniya kimi bir çox Avropa ölkələri ilə əməkdaşlıq edən Azərbaycanın enerji sektorunda potensial istiqamətlərdən biridir", - RTS qeyd edir.
Həmçinin bildirilir ki, iki ölkə arasında siyasi qarşılıqlı fəaliyyət Azərbaycanın elektrik enerjisinin alınması ilə bağlı danışıqların əsasını təşkil edir.