Azərbaycanın Vətən müharibəsində qələbəsinin ilk ildönümü münasibətilə noyabrın 8-də Kolumbiyanın paytaxtı Boqota şəhərinin ən hündür binalarından olan və şəhərin simvolu sayılan məşhur “Colpatria” binası üçrəngli bayrağımızın rəngləri ilə işıqlandırılıb.
Bu barədə “Report”a Azərbaycanın Meksikadakı Səfirliyindən bildirilib.
Eyni zamanda, binanın fasad örtüyü üzərində “Azərbaycan Zəfər Günün mübarək sözləri” əks olunub.