Könül Nurullayeva AŞPA-nın Komitə iclasında çıxış edib

Könül Nurullayeva AŞPA-nın Komitə iclasında çıxış edib Toplantıda iştirak edən digər parlamentarilər də mümkün böhranlara hazır olmaq üçün preventiv tədbirləri əks etdirən təklif və tövsiyələr səsləndiriblər
Xarici siyasət
8 Oktyabr , 2020 15:00
Könül Nurullayeva AŞPA-nın Komitə iclasında çıxış edib
Könül Nurullayeva

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) “Sosial Əlaqələr, Sağlamlıq və Dayanıqlı İnkişaf” Komitəsinin növbəti iclas-dinləməsi keçirilib. Toplantıda əsas diqqət COVID-19 pandemiyası və bu kimi mümkün gələcək böhranlara hazır olmaq üçün qlobal tibbi təchizat zəncirlərinin Avropa, eləcə də dünya kontekstində təhlükəsiz, keyfiyyətli və dayanıqlı şəkildə təmin olunmasına yönəlib.

"Report"un məlumatına görə, müzakirələrdə iştirak edən Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı daimi nümayəndəsinin üzvü Könül Nurullayeva da bir çox səmərəli təkliflər irəli sürüb. Millət vəkili bildirib ki, bu mövzuda ticarət tərəfdaşları ilə tənzimləyici əməkdaşlığın yaradılması prioritet məsələdir: “Hesab edirəm ki, davamlı inkişaf məqsədilə ən çox ehtiyac duyulan ərazilərdə tibbi ləvazimatların ilkin təşkili gündəlikdə müzakirə olunmalıdır. Tədqiqatın vacibliyini nəzərə alaraq, tibbi təchizat zəncirindəki dekonstruktiv hadisələrin öyrənilməsi üçün məlumat bazalarının yaradılması və izlənilməsi də mühüm əhəmiyyət kəsb edir”.

Toplantıda iştirak edən digər parlamentarilər də mümkün böhranlara hazır olmaq üçün preventiv tədbirləri əks etdirən təklif və tövsiyələr səsləndiriblər.

Son xəbərlər

Orphus sistemi