Kreml: "Azərbaycan və Ermənistan liderlərinin görüşünün təşkilinə yardım göstərməyə hazırıq"

Kreml: "Azərbaycan və Ermənistan liderlərinin görüşünün təşkilinə yardım göstərməyə hazırıq" “Rusiya Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilməsi üçün yardım göstərməyə hazırdır”.
Xarici siyasət
7 Dekabr , 2022 14:50
Kreml: Azərbaycan və Ermənistan liderlərinin görüşünün təşkilinə yardım göstərməyə hazırıq

“Rusiya Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilməsi üçün yardım göstərməyə hazırdır”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, danışıqların Sankt-Peterburqda MDB ölkələrinin başçılarının ənənəvi Yeni il ərəfəsi qeyri-rəsmi görüşü çərçivəsində baş tuta biləcəyini istisna etməyib.

Xatırıladaq ki, oktyabrın 31-də Azərbaycan Prezidenti İlham Əliyev Soçidə Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

Son xəbərlər

Orphus sistemi