“Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi məsələsi aktual olaraq qalır”.
“Report” xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
O bildirib ki, nəqliyyat kommunikasiyalarının açılması Rusiya, Azərbaycan və Ermənistan üçün vacibdir: “Moskva bu işin davam edəcəyinə ümid bəsləyir”.
D.Peskovun sözlərinə görə, Qarabağdakı Rusiya sülhməramlılarının işi bundan sonra Azərbaycanla müzakirə olunacaq.