Latın Amerikasının ən qədim və nüfuzlu universitetində Azərbaycan barədə geniş təqdimat

Latın Amerikasının ən qədim və nüfuzlu universitetində Azərbaycan barədə geniş təqdimat Latın Amerikasının ən qədim, nüfuzlu, Perunun əsas ali təhsil müəssisələrindən biri olan və 1551-ci ildən fəaliyyət göstərən San Markos Böyük Milli Universitetində (“Universidad Nacional Mayor de San Marcos”-red.) geniş tələbə auditoriyası üçün təşkil edi
Xarici siyasət
19 Dekabr , 2023 03:53
Latın Amerikasının ən qədim və nüfuzlu universitetində Azərbaycan barədə geniş təqdimat

Latın Amerikasının ən qədim, nüfuzlu, Perunun əsas ali təhsil müəssisələrindən biri olan və 1551-ci ildən fəaliyyət göstərən San Markos Böyük Milli Universitetində (“Universidad Nacional Mayor de San Marcos”-red.) geniş tələbə auditoriyası üçün təşkil edilmiş videokonfrans zamanı Azərbaycanın Perudakı səfiri Məmməd Talıbov Azərbaycan haqqında geniş təqdimat keçirib.

Azərbaycanın Perudakı Səfirliyindən “Report”a verilən məlumata görə, konfransda administrativ elmlər fakültəsinin dekanı dr. Auqusto Hidalqo Sançez, dekan müavini Dr. Enrike Kornexo, eləcə də fakültənin dosentləri Sara Mançego və Marko Mayor iştirak ediblər.

Səfir M.Talıbov tədbir iştirakçılarını müsəlman Şərqinin ilk demokratik respublikası olan ölkəmizin tarixi, zəngin mədəniyyəti, müstəqilliyinin bərpasının ilk illərində qarşılaşdığı çətinliklər, buna baxmayaraq, qısa müddət ərzində keçdiyi uğurlu inkişaf yolu haqqında məlumatlandırıb.

Ümummilli Lider Heydər Əliyevin həyatı, Azərbaycan dövlətinin yaradılmasında müstəsna rolu, fəaliyyəti dövründə regionda həyata keçirilmiş dünya miqyaslı enerji və nəqliyyat layihələri nəticəsində həm region, həm də bütün Avrasiya miqyasında geosiyasi proseslərdə baş verən dəyişikliklərdən bəhs edib.

Səfir qeyd edib ki, bu il Azərbaycanda, ölkəmizin güclü və müstəqil tarixini yazan Ulu öndərin 100 illik yubileyi qeyd olunur. Bununla əlaqədar olaraq, 2023-cü il “Heydər Əliyev İli” elan edilib.

Diplomat, həmçinin tədbir iştirakçılarına erməni təcavüzünün həqiqətlərini, 2020-ci ilin 44 günlük Vətən müharibəsi və onun nəticələri barədə, regionda yeni reallıqlar, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh prosesi, keçmiş məcburi köçkünlərin qayıdışının təhlükəsiz şəkildə həyata keçirilməsi, eləcə də azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri haqqında məlumat verib.

Bundan əlavə səfir Azərbaycan və Peru arasında ikitərəfli əlaqələrin inkişafından, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlıq imkanlarının genişləndirilməsi, eləcə də xarici tələbələr üçün ölkəmizdə mövcud olan təhsil imkanları, təcrübə və təqaüd proqramları barədə də məlumat verilib.

Konfrans zamanı verilən məlumatlar iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və onların müxtəlif mövzular üzrə verdikləri suallar cavablandırılıb.

Qeyd edək ki, videokonfrans səfirliyin və təhsil ocağının sosial şəbəkələrində də canlı yayımlanıb.

Son xəbərlər

Orphus sistemi