Latviya Prezidenti Azərbaycanın dövlət başçısına təbrik məktubu göndərib

Latviya Prezidenti Azərbaycanın dövlət başçısına təbrik məktubu göndərib Latviya Respublikasının Prezidenti Egils Levits Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
24 Dekabr , 2021 13:20
Latviya Prezidenti Azərbaycanın dövlət başçısına təbrik məktubu göndərib
Egils Levits

Latviya Respublikasının Prezidenti Egils Levits Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report" xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri,

İcazə verin, yubileyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırım.

Qəti şəkildə inanıram ki, Latviya və Azərbaycan arasında dostluq əlaqələri qarşıdan gələn illərdə genişlənməkdə davam edəcəkdir.

Sizə möhkəm cansağlığı, ölkənizə sülh və firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Son xəbərlər

Orphus sistemi