Latviyanın Azərbaycandakı səfirliyində 1990-cı il 20 Yanvar faciəsi qurbanlarının xatirəsi ehtiramla yad edilib.
“Report” xəbər verir ki, bu barədə səfirliyin feysbuk səhifəsində paylaşım edilib.
“Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi 20 Yanvar şəhidlərinin xatirəsini Azərbaycan xalqı ilə birlikdə ehtiramla yad edir”, - paylaşımda deyilir.