Latviya Seyminin (parlament) bir qrup deputatının Azərbaycanın işğaldan azad edilmiş torpaqlarına səfəri planlaşdırılır.
"Report" Şərqi Avropa bürosunun məlumatına görə, deputatlar Roman Naudinş, Armand Krauz və digərlərinin iyunun 7-dən 9-dək Azərbaycana səfəri nəzərdə tutulub.
Səfər zamanı onlar işğaldan azad edilmiş bölgələrdə olaraq Ermənistan tərəfindən törədilmiş təcavüz faktları ilə yerində tanış olacaqlar.