Leyla Abdullayeva bir qrup diplomatla görüşüb

Leyla Abdullayeva bir qrup diplomatla görüşüb Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bir qrup xarici diplomatla görüşüb.
Xarici siyasət
8 İyun , 2022 12:34
Leyla Abdullayeva bir qrup diplomatla görüşüb

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bir qrup xarici diplomatla görüşüb.

“Report” xəbər verir ki, bu barədə XİN-in sözçüsü tviterdə yazıb.

“Əcnəbi diplomatlar üçün təkmilləşmiş xarici xidmət proqramında (AFSP 2022) iştirak edən bir qrup xarici diplomatla görüşməkdən çox məmnunam. Təlimin birgə təşkilinə görə Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi və ADA Universitetinə, həmçinin fəal iştiraklarına görə xarici diplomatlara təşəkkür edirəm”, - o bildirib.

Qeyd olunub ki, tədbirdə Azərbaycan diplomatları ilə Albaniya, Burundi, Konqo, Rumıniya, Qabon, Macarıstan, Qazaxıstan, Mərakeş, Paraqvay, Şri-Lankadan olan nümayəndələr də iştirak edib.

Son xəbərlər

Orphus sistemi