"Ermənistan üçtərəfli bəyanatın mahiyyətini tam anlamadığını sübut edir".
“Report” xəbər verir ki, bunu Azərbaycan Xarici işlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva özünün tviter səhifəsində yazıb.
Paylaşımda deyilir:
“Üçtərəfli bəyanatın müddəlarını absurd şəkildə şərh etmək cəhdləri Ermənistan tərəfinin 2020-ci il noyabrın 10-da özünün imzalamış olduğu sənədin mahiyyətini tam anlamadığını və ya əvvəlcədən onun tələblərini tam şəkildə icra etmək niyyətində olmadığını sübut edir”.