Litva səfirliyi Azərbaycan xalqına başsağlığı verib

Litva səfirliyi Azərbaycan xalqına başsağlığı verib Litvanın Azərbaycandakı səfirliyi Tehrandakı səfirliyimizə hücumla bağlı Azərbaycan xalqına başsağlığı verib.
Xarici siyasət
27 Yanvar , 2023 16:33
Litva səfirliyi Azərbaycan xalqına başsağlığı verib

Litvanın Azərbaycandakı səfirliyi Azərbaycanın İrandakı səfirliyinə təşkil edilən terror hücumu ilə bağlı başsağlığı verib.

"Report" xəbər verir ki, bu barədə qurumun tviterində paylaşım edilib.

"Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror hücumu qəbuledilməzdir", - paylaşımda bildirilib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib.

Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Hazırda bu xain hücum üzrə araşdırma gedir.

Son xəbərlər

Orphus sistemi