Litvanın Xarici İşlər naziri Qabrielius Landsbergis aprelin 29-da Azərbaycana səfər edəcək.
Litvanın Azərbaycandakı səfirliyindən “Report”a bildirilib ki, iki günlük səfər zamanı Q.Landsbergis azərbaycanlı həmkarı Ceyhun Bayramov, habelə iqtisadiyyat naziri, Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın həmsədri Mikayıl Cabbarovla görüşəcək.
Litva XİN rəhbərinin Bakıda həmçinin Litva tatarlarına həsr olunmuş sərginin açılışında iştirak edəcəyi gözlənilir.