Litvada yaşayan Azərbaycanəsilli şəxslərin sayı açıqlanıb

Litvada yaşayan Azərbaycanəsilli şəxslərin sayı açıqlanıb 2022-ci il Litvada 679 Azərbaycan əsilli Litva vətəndaşı yaşayıb.
Xarici siyasət
14 Mart , 2023 14:09
Litvada yaşayan Azərbaycanəsilli şəxslərin sayı açıqlanıb

2022-ci ildə Litvada Azərbaycanəsilli 679 Litva vətəndaşı yaşayıb.

Bunu "Report"un sorğusuna cavab olaraq Azərbaycanın bu ölkədəki səfirliyindən bildiriblər.

Qeyd olunub ki, ötən il Baltik ölkəsində təhsil alan azərbaycanlı tələbələrin sayı isə 213 nəfər təşkil edib.

Diplomatik nümayəndəlikdən verilən məlumata görə, həmçinin 300 nəfərə yaxın həmvətənimiz Litvada əmək fəaliyyəti ilə məşğul olub.

Bir nəfər isə hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir.

Son xəbərlər

Orphus sistemi